Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

AAYDA: "Yağışın fəsadlarının aradan qaldırılması davam etdirilir"
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yağışın yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində tədbirləri davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, qurum öncədən hava ilə əlaqədar yayılmış xəbərdarlığa əsasən, gücləndirilmiş iş rejiminə keçib, yollarda suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışmağa davam edir.
Əlavə olaraq fövqəladə hallarda mobil briqadalar fəaliyyət göstərir. Mobil briqadalar suların ekstremal vəziyyətdə kənarlaşdırılması üçün lazımi texniki avadanlıqlarla təchiz edilib.

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Qubada asma körpü qəzalı vəziyyətdə: Xəstəni uzun məsafəyə xərəkdə daşıdılar
- Bakıda yeni avtomobil yolunun inşası ilə bağlı son vəziyyət açıqlanıb
- Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlanıb
- Süleyman Vəzirov küçəsinin bir hissəsi bağlanır
- Qubada qaya uçqununa görə bağlanan yolda hərəkət bərpa olunub