"Media dekolonizasiya prosesinin nəticələrinin ictimaiyyətə çatdırılmasında, həmçinin ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov "Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, BTQ müstəmləkəçilik və neomüstəmləkəçilik siyasətlərinin aradan qaldırılmasına öz töhfəsini verib:
"Burada medianın rolu danılmazıdır. İctimaiyyətin məlumatlandırılması və dekolonizasiya məsələsinin beynəlxalq gündəmdə saxlanılmasında jurnalistlərin fədakarlığını yüksək qiymətləndiririk".