Uzun illər təhsil sahəsində çalışan mütəxxəsis kimi deyə bilərəm ki, ölkədə qiyabi təhsil heç vaxt ləğv olunmayacaq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib.
Onun sözlərinə görə, gələcəkdə qiyabi təhsilin forması dəyişdirilərək distant təhsillə əvəz olunacaq.
Təhsil haqları ilə bağlı mövzuya da toxunan A.Məhhəmov növbəti tədris ili üçün təhsil haqqı məbləğinin artırılmadığını bildirib.
Rektor yaxın gələcəkdə, hətta ali təhsilin tamamilə pulsuz olacağını qeyd edib.
Qeyd edək ki, A.Məhərrəmov bir neçə gün əvvəl BDU-nun Qubadakı yanan düşərgəsinə baxış keçirib.
Rektor bildirib ki, yanan bina istimara yararsız olduğu üçün sökülməlidir.
Qeyd edək ki, düşərgədə universitetin yeni təlim-tədris bazası inşa olunur. Artıq binada son tamamlama işləri gedir.
Yeni binada 500 tələbə üçün eyni vaxtda həm qalmaq, həm də təcrübə aparmaq imkanı yaradılıb.