Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Abituriyentlərin DİQQƏTİNƏ: DSX-nin Akademiyasına əlavə sənəd qəbulu elan edilir
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının "Sərhəd təhlükəsizliyi və idarəetmə" ixtisası üzrə plan yerlərinin tam komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, hazırkı sənəd qəbulunda cari ildə I, II, III və IV ixtisas qrupunun hər hansı biri üzrə keçirilən qəbul imtahanında 150 və daha çox bal toplayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Abituriyentlər 6-10 avqust 2024-cü il tarixlərində Dövlət Sərhəd Xidmətinin Aparatına (Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76) müraciət edə bilərlər.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb? - DİM-dən AÇIQLAMA
- DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
- Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayır
- Magistraturaya qəbul imtahanlarında ölkə birincisi MƏLUM OLDU
- Magistraturaya qəbulun nəticələri ELAN EDİLDİ