Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Abortlarla bağlı rəsmi statistika: Ən çox hansı yaş qrupunda qeydə alınıb?
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə qeydə alınan abortların yaş qrupları üzrə statistikası açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən il ümumilikdə 78 245 abort qeydə alınıb:
"15-17 yaş üzrə 72, 18-19 yaş üzrə 2 679, 20-24 yaş üzrə 13 054, 25-29 yaş üzrə 23 468, 30-34 yaş üzrə 23 645, 35-49 yaş üzrə 15 239 abort olub. Onlardan 668-i dərman vasitələri ilə həyata keçirilib. 2 335 abort isə birinci hamiləliyin pozulması kimi qeydə alınıb", - deyə məlumatda bildirilib.
Aləmdə Nəsib
"Abort" teqi üzrə xəbərlər
- Qanunsuz aborta görə cəzalar SƏRTLƏŞDİRİLİR
- Hamiləliyi dərmanla sonlandırmağın faciəvi sonu: "Qız istəmirlər deyə edirlər"
- Qanunsuz aborta görə Cinayət Məcəlləsində dəyişiklik gözlənilir
- Azərbaycanda selektiv abort cəhdinə görə iki qadın ölüb
- 21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü