ABŞ-ın Azərbaycandakı səfirliyi “Günəşli” yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı bəyanatı yayıb.
Oxu. Az xəbər verir ki, məlumatda deyilir:
“Biz SOCAR-ın Xəzər dənizindəki neft platformasında baş vermiş ölümcül yanğın hadisəsi barəsində aldığımız məlumatın kədərini yaşayırıq. Biz hadisənin təsirinə məruz qalmış işçilərə və onların ailələrinə başsağlığı və səbr diləyirik”.