Abşeron şəhərində vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyalar 18 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Oxu.Az-ın xəbərinə görə, yanğın zamanı 1 nəfər qadının meyiti yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən aşkar edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.