Abşeronda gölməçədə meyit tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində gölməçədə cəsəd aşkar edilməsi barədə məlumat daxil olub:
"Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Xoşgül İman qızı Alıyevanın meyiti gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Rəylər