Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İçki və narkotik sərxoşları: 21 sürücü saxlanıldı
Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkar olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən doqquz sürücü saxlanılıb.
Həmçinin, avtomobili sərxoş vəziyyətdə idarə edən 12 avtomobil sahibi də saxlanılıb ki, onlardan birinin sürücülük hüququ olmayıb.
Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.
"Spirtli içkilər" teqi üzrə xəbərlər
- Bakıda müəmmalı kütləvi ölüm: İçki məclisi və evdə tapılan 15 cansız bədən - TƏFƏRRÜAT
- Bakıda 16 nəfərin ölümünə səbəb olan spirtin MARKASI BİLİNDİ
- AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini GÜCLƏNDİRDİ
- ÜST spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdirməyi təklif edib
- "Ucuz arağa tələbat varsa, məhsulun bazardan çıxarılması düzgün deyil" - "Kaspi"nin TƏHLİLİ