Abşeron rayonunun Mehdiabad qəsəbəsində iki hektar sahədə quru ot yanıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı yüksək temperaturdan hər biri 200 kvadratmetr olan iki ədəd istixananın polietilen üzlüyü 200 kvadratmetr sahədə əriyib.
Yaxınlıqdakı digər istixanalar yanğından mühafizə olunub.
Yanğın söndürülüb.