Abşeron rayonunda “Qazel” sürən qadın ağır qəza törədib.
Oxu.Az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Abşeron rayonu ərazisində Maqsud Şəbiyevin ölümü, Nəsimi Əlövsətlinin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “QAZ-2752-104” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Aynur Abdullayeva tutulub.
Hadisə ilə bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az