Abşeron rayonunda at dərinliyi təqribən üç metr olan quyuya düşüb.
Bununla bağlı görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.
Hadisə rayonun Mehdiabad qəsəbəsində baş verib.
FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Heyvanın xilas edilməsini əks etdirən görüntüləri təqdim edirik: