Təxminən altı ay əvvəl burun əməliyyatı keçirən 21 yaşlı Kəmalə Əbilova oktyabrın 27-də səhər saatlarında, yaşadığı çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.
Yaxınlarının sözlərinə görə, əməliyyatdan sonra Kəmalənin vəziyyəti düzəlməyib və o, günü-gündən daha da pisləşib.
Mərhumun dayısının bildirdiyinə görə, Kəmalə Əbilova İstanbul Klinikasında burun əməliyyatı etdirib:
"Altı ay əvvəl İstanbul Klinikasında əməliyyat olunub. Həkimi Rəşad Məmmədov idi. Ondan sonra bu uşağın beynində travma yaranıb. Əməliyyatdan sonra neçə həkimə getsə də, nəticə alınmadı. Burnunun plastik əməliyyatından sonra beynində problem yarandı. Adam görəndə qorxurdu", - deyə Kəmalənin yaxını bildirib.
Sosial şəbəkələrdə faciəli şəkildə həlak olan Kəmalə Əbilovanın görüntüləri yayılıb.
Oxu.Az həmin fotonu təqdim edir:

Qeyd edək ki, K.Əbilova Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Abşeron rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Şəfəq qəsəbəsində qeydə alınıb.
Belə ki, 21 yaşlı Kəmalə Əbilova binadan yıxılaraq dünyasını dəyişib.
Mərhumun Sumqayıt Dövlət Universitetinin tələbəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov