Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Abşeronda xeyli sayda döyüş sursatı aşkarlandı
Abşeron rayonu Hökməli qəsəbəsinin yaxınlığında döyüş sursatları aşkarlanıb.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb olunub.
FHN-in mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız, lakin insan həyatı üçün təhlükəli olan 2 ədəd 125 millimetrlik tank əleyhinə mərmi, 4 ədəd 100 millimetrlik top mərmisi, 1 ədəd 100 millimetrlik top mərmisinin fraqmentləri və 31 ədəd müxtəlif mərmilərin partladıcı döyüş başlıqlarıdır.
Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar edilməyib.