Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Abşerondakı qəzada xəsarət alan sürücünün vəziyyəti açıqlandı - YENİLƏNİB + FOTO
Bu gün yol-nəqliyyat hadisəsində xəsarət alan, 1976-cı il təvəllüdlü Vurğun Qədir oğlu Həsənov ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən APA-ya bildirilib.
Qeyd olunub ki, lazımı müayinələrdən keçirildikdən sonra xəstədə qabırğanın sınığı aşkarlanıb.
Hazırda V.Həsənovun Reanimasiya şöbəsində müayinə və müalicələri davam etdirilir, vəziyyəti stabil olaraq qalır.
11 sentyabr, 23:44
Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Novxanı-Mehdiabad yolunda qeydə alınıb.
Hadisə “Chevrolet Aveo” markalı 99-MT-093 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Hyundai” markalı 90-SZ-646 dövlət qeydiyyat nişanlı yük avtomobilinin iştirakı ilə olub.
Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb. “Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb.
Hadisədə minik avtomobilinin sürücüsü xəsarət alıb, avtomobil yararsız vəziyyətə düşüb. Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
"Abşeron" teqi üzrə xəbərlər
- Xırdalanda yarmarkadan 15 min manatlıq geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Abşeronda qadın sürücü piyadanı vuraraq öldürüb
- Abşeronda zavodda baş verən faciə ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
- Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB
- Adam öldürən şəhid qardaşı sərbəst buraxıldı