Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 16:49-da söndürülüb.
Nazirlikdən verilən məlumata görə, yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin üç ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub.
14:17
Ceyranbatan qəsəbəsində “Ceyranbatan” su anbarının yaxınlığında quru ot və kol-kos yanması nəticəsində qeydə alınan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, hazırda FHN-in nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri yanğın olan ərazidədirlər.
12:20
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində “Ceyranbatan” su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Könül Cəfərli