Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, noyabrın 29-da saat 06 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Afiq Hüseynov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Möhübbət Baxşıyevi vurub.
Xəstəxanaya yerləşdirilmiş A.Hüseynov noyabrın 30-da orada ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
E.Ə.
www.oxu.az