Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq operativ olaraq aradan qaldırılıb, qatarın hərəkəti bərpa olunub.
Bu gün axşam saatlarında Bakı istiqamətində hərəkət edən 705 saylı Ağstafa-Bakı qatarı Goran stansiyasında elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlığa görə qrafikdən kənara çıxıb.
20:34
Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb.
“Report”un məlumatına görə, sürət qatarı yaranmış nasazlıq səbəbindən Goran stansiyasında qalıb.
Qatarın artıq 50 dəqiqədən çoxdur yubandığı bildirilir.
Rəylər