Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"ADY Ekspres"in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə gətirilib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus "ADY Ekspres" MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub.
Qeyd edək ki, A.Qasımov bundan əvvəl də 2015-2022-ci illər ərzində "ADY Ekspres"ə rəhbərlik edib.
Xatırladaq ki, "ADY Ekspres" 2015-ci ildə yaradılıb. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və irihəcmli yük sahiblərinə onlayn xidmətlər təklif edir
"Yeni təyinat" teqi üzrə xəbərlər
Ən çox oxunanlar