Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

KONKAKAF Millətlər Liqasının qalibi Meksika oldu
KONKAKAF Millətlər Liqasına yekun vurulub.
Oxu.Az xəbər verir ki, turnirin son günündə final və 3-cü yer uğrunda matçlar keçirilib.
ABŞ-də keçirilən həlledici görüşdə Meksika və Panama qarşılaşıb. Raul Himenesin dublu meksikalılara çempionluq qazandırıb - 2:1. 3-cü yer uğrunda qarşılaşmada Kanada ABŞ-ni məğlub edib.
KONKAKAF Millətlər Liqası
23 mart
3-cü yer uğrunda oyun
Kanada - ABŞ - 2:1.
Qollar: Tanitoluva Oluvaseyi, 27, Conatan David, 59 - Patrik Aqyemanq, 35.
Final
Meksika - Panama - 2:1.
Qollar: Raul Himenes, 8, 90+2 (p) - Karrasquilla Alkazar, 45+2 (p).
"KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar