Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ağ Ev rəsmisi: "İranın nüvə silahı proqramı olmamalıdır və ola da bilməz"
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bəyan edib ki, Donald Tramp Administrasiyası İranın nüvə proqramını tamamilə ləğv etməyə çalışır.
"Azad İran" "Telegram" kanalı bu barədə xarici KİV-ə istinadən xəbər verib.
"İran bütün dünyanın aydın görəcəyi bir şəkildə nüvə proqramını tərk etməlidir. İranın nüvə silahı əldə etmək istəyindən tamamilə əl çəkməsinin vaxtı çatıb, çünki onun nüvə silahı proqramı olmamalıdır və ola da bilməz", - deyə Ağ Evin müşaviri vurğulayıb.
İranın regional siyasətinə toxunan Mayk Uolts qeyd edib ki, ABŞ İranın proksi qüvvələri vasitəsilə törətdiyi dağıntıların və ölümün şahidi olur".
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ sakini mağazadakı kassirin səhvi sayəsində milyonlarla dollar qazandı
- KİV: ABŞ London görüşündə Krımı Rusiya ərazisi kimi tanımağı təklif edəcək
- ABŞ İrana sanksiya tətbiq etdi
- Yaşıl energetikaya zərbə: ABŞ günəş panellərinə 3521%-ə qədər tarif tətbiq etdi
- "Google"dan "Chrome" brauzerini satmağı tələb etdilər