Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kriştianu Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırıb
Kirştianu Ronalduya "Ginnesin rekordlar kitabı"na düşməsi münasibətilə sertifikat təqdim edilib.
Oxu.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, bu sertifikat 40 yaşlı hücumçuya UEFA Millətlər Liqasının 1/4 finalı üzrə Portuqaliya - Niderland (5:2) oyunundan öncə verilib.
Belə ki, Serxio Ramosun rekordunu (131) geridə qoyan Kriştianu Ronaldu milli komandada 132-ci qələbəsini qazanıb.
O bu nailiyyətə 2003-cü ilin avqustundan 2024-cü ilin noyabrına qədər olan müddətdə nail olub. Portuqaliya millisi sonuncu dəfə ötən il noyabrın 16-da Polşanı məğlub edib (5:1). Sözügedən matçda Ronaldu dubla imza atıb.