Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ödənişi gecikdirilmiş işçilərin pulları ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Bildirilib ki, həmin vəsaitin 86.3 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı DƏMX, həmçinin yeddi işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən, gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- İki dostun dələduzluq planı: Sosial ev adı ilə qaçqınlar binasını göstərdilər
- DİN əməkdaşlarının maaşları ilə bağlı Nazirlər Kabinetindən QƏRAR
- Sığınacağı intihar edəcəyi ilə hədələyən qadın uşağını geri aldı
- DOST Agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
- Bakıda əmək hüquqlarını pozan tikinti şirkəti cərimələndi