Bakıda yük maşını yanıb.
Oxu.Az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Aeroport şosesində qeydə alınıb. “KamAZ” markalı yük maşını qəfildən alışaraq yanıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıblar.
Yanğının başvermə səbəbləri araşdırılır.