Axşam saatlarında Bakıda avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, “Prado” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Faktla bağlı araşdırma aparılır.