Göyçay rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Şirvan kanalının Göyçay rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması ilə bağlı məlumat daxil olub.
Həmin şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.
Axtarışlar davam etdirilir.