İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn Sübhan Quliyev gömrük zonasını tərk etmək istəyərkən əməliyyat məlumatına əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsindən AzərTAc-a bildiriblər ki, S.Quliyev şifahi sorğu-sual edilərkən, baqajında və əl yükündəki malların hamısının bəyan olunduğunu bildirib.
Gömrük baxışı zamanı isə gömrük nəzarətinə təqdim edilməyən 150 ədəd diş implantı aşkar olunub.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.