Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər”in ərazisində yanğın hadisəsi baş verib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində neft qalıqlarına hopmuş məişət tullantıları yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb.