Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-a bildirib ki, şikayət ETSN-in əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli fərqli ölçüdə ağac və kol bitkilərinin “Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək “Ressan” MMC-nin direktoru vəzifəli şəxs qismində 10000 manat məbləğində cərimə olunub.