Ağcabədi şəhərində vətəndaşa məxsus "K-700" markalı traktorun salonu və 3 ədəd təkəri yanıb.
Bu barədə məlumat Oxu.Az – a Fövqəladə hallar nazirliyinin mətbuat xidmətindən verilib.
Məlumata görə, traktorun qalan hissələri və qoşqusu yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.