Almaniyanın Saar federal ərazisinə məxsus Saarbryukken şəhərindəki kafelərdən birində silahlı şəxs barrikada qurub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın Bild nəşri yayıb.
Məlumata görə,kafedə müştərilərin olub-olmadığı məlum deyil.
Hazırda Almaniyanın hüquq-mühafizə orqanlarının xüsusi təyinatlıları ərazidə əməliyyat keçirirlər.