Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində vətəndaşlara məxsus “Toyota” və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
Nəticədə “VAZ” markalı avtomobilin yanar hissələri yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi “VAZ” markalı avtomobildə olan 2 nəfərin (kişi) meyidi əhali tərəfindən avtomobildən çıxarılıb. Digər avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.