2013-2014-cü illər mövüsümü üçün UEFA “ilin futbolçusu” mükafatına olan 3 namizədi açıqlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer, onun komanda yoldaşı Aryen Robben və İspaniyanın “Real” (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo UEFA-nın versiyasına görə 2013-2014-cü il mövsümündə Avropanın ən yaxşı futbolçusu mükafatına namizəddirlər.
54 ölkədən olan jurnalistlərin verdiyi rəy əsasında 3 futbolçunun adı “Qızıl Top”a namizəd göstərilib.
Mükafatın qalibi avqustun 28-də məlum olacaq.