Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Cavad Heyət Bakıda dəfn olunacaq
Görkəmli azərbaycanlı cərrah, professor Cavad Heyət Bakıda dəfn olunacaq.
Oxu.Az xəbər verir ki, mərhumun ailəsindən APA-ya verilən məlumata görə, o, sabah Fəxri Xiyabanda dəfn olunacaq:
“Vida mərasimi ilə bağlı məsələlər dəqiqləşdirilir. Bir də onu deyə bilərik ki, vida Azərbaycan Milli Elmlər Akademiyasınsa olacaq. Mərasimin vaxtı və digər məsələlər barədə sabah məlumat veriləcək”.
Qeyd edək ki, Cavad Heyət avqustun 12-də dünyasını dəyişib. O, bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. C. Heyət pnevmoniya diaqnozu ilə müalicə olunurdu.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar