Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ağdaşda avtomobil beton arakəsmələrə çırpılıb: Xəsarət alanlar var
Ağdaşda avtomobil qəzası olub, iki nəfər yaralanıb.
“Unikal”ın məlumatına görə, hadisə Qaradağlı kəndi ərazisində qeydə alınıb. İdarəetmədən çıxan “VAZ-2106” avtomobili yol kənarındakı beton arakəsmələrə çırpılıb.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1978-ci il təvəllüdlü Elsəvər Kərəm oğlu Qurbanov və 1977-ci il təvəllüdlü Rövşən Yusif oğlu Nəbiyev xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Ağdaş" teqi üzrə xəbərlər
Ən çox oxunanlar