Yanvarın 22-də saat 22 radələrində Ağdaş şəhərində baş vermiş ağır yol-nəqliyyat hadisəsində ağır xəsarət alan üç nəfərdən biri xəstəxanada vəfat edib.
Oxu.Az xəbər verir ki, ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilən 1994-cü il təvəllüdlü Münasib Mütalib oğlu Qasımovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə baş verən zaman VAZ markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü İlham Məmmədov vəfat edib. Onun avtomobilində olan 1994-cü il təvəllüdlü Münasib Qasımov, 2000-ci il təvəllüdlü Rahib Qasımov və 2000-ci il təvəllüdlü Təbriz Qasımov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
İlkin araşdırmalar zamanı hadisəyə 1990-cı il təvəllüdlü İlham Azər oğlu Məmmədovun idarə etdiyi VAZ markalı avtomobillə səbəb olduğu müəyyənləşib. Belə ki, onun sürdüyü avtomobil saat 22 radələrində Ağdaş şəhərinin Heydər Əliyev prospektində yüksək sürətlə hərəkətdə olarkən qarşı hərəkət istiqamətinə çıxıb. Nəticədə Kamran İsmayılovun öz yolu ilə sürdüyü “Honda” markalı avtomobillə toqquşub.
Rəylər