Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağdaşda sahibkar atasının qəbri üstündə özünü güllələdi - TƏFƏRRÜATLAR
Baş Prokurorluq Ağdaşda intihar hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə oktyabrın 30-da Ağdaş rayonunun Güvəkənd kəndində baş verib. Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Mirələm İsmayılov saat 12 radələrində kənd qəbirstanlığında ov tüfəngindən atəş açmaqla intihar edib və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırmalarla müəyyən edilib ki, əvvəllər Ağdaş və ətraf rayonlarda biyan bitkisi kökünün istehsal məqsədilə toplanması və təhvil verilməsi işi ilə məşğul olmuş M.İsmayılov başqa qadınla qeyri-rəsmi ailə qurmaqla azyaşlı övladının olması səbəbindən ailə üzvləri ilə aralarında ciddi narazılıqlar yaranıb, bundan başqa, hərraca çıxarılmış avtomobillərin alqı-satqısı prosesində müstəqil ekspert kimi fəaliyyət göstərməklə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pullar alaraq geri qaytara bilməyib.
İlkin ehtimallara görə, M.İsmayılovun intihar etməsinin səbəbləri həmin xüsusatlardır. Lakin hadisənin digər səbəblərdən baş vermə fərziyyələri ətrafında istintaq tədbirləri davam etdirilir.
15:40
Azərbaycanda sahibkar atasının qəbri üstündə özünü güllələyib.
Oxu.Az "Report"-a istinadən xəbər verir ki, intihar hadisəsi Ağdaş rayonunun Güvə kəndində baş verib.
Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm Davud oğlu İsmayılov kənd qəbirstanlığında atasının məzarı başında özünü güllələyib. Təklüləli ov tüfəngi mərhumun özünə məxsus olub.
Qeyd edək ki, M.İsmayılov iki uşaq atası olub. O, biyan kökü toplamaq biznesilə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az