Ağdaş rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 11:40-dan etibarən işlər başa çatanadək rayonun Nehrəxəlil, Kotanarx, Cardam və Yengicə kəndlərinə təbii qazın verilişi dayandırılıb.
Qaynar xətt:
(055) 224 12 12