Ağdərə şəhəri yaxınlığındakı meşəlik ərazidə baş verən yanğın genişlənərək, Ağdam rayonunun Papravənd kəndi ərazisindəki meşəlik əraziyə yayılıb.
Oxu.Az bildirir ki, hadisə yerinə Ağdam, Ağcabədi rayon yanğınsöndürənləri cəlb ediliblər.
Hazırda yanğının genişlənməsi müşahidə olunur.
Qeyd edək ki, bu gün Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi də baş verib.