Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nostaljidən sevincə - Bakının qış MƏNZƏRƏSİ
Bakıya yağan güclü qardan sonra şəhər bir anda dəyişdi, al-əlvan rəngləri ağla qaranın çalarları əvəzlədi.
Uzun zamandır yolunu gözlədiyimiz qar böyüklərə nostalji, uşaqlara sevinc bəxş etdi. Bəziləri hətta uşaqlara qoşularaq qar adamı düzəldib, bir-birini qartopu atəşinə tutdular.
Qarı ilk dəfə görən küçə heyvanları da ehtiyatla gəzir, gözlərinin alışmadığı bu bəyaz nəsnənin nə olduğunu anlamaq üçün gah qoxlayır, gah dadına baxırlar.
Təmizlik xidmətlərinin əməkdaşları da iş başındadırlar: onların sarı jiletləri retro mənzərəyə rəng qatır, özləri isə bel-kürəklə ağı qaraya çevirməklə məşğuldurlar.
PhotoStock.az-ın əməkdaşları şəhərdəki gözəllikləri əks etdirən fotoreportaj hazırlayıb:
"Qarlı hava şəraiti" teqi üzrə xəbərlər
- Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə XƏBƏRDARLIQ EDİB
- Lerikdə qar uçqunu nəticəsində 20-yə yaxın kəndin yolu kəsilib
- Bakı yolları fərqli üsulla qardan "təmizləndi"
- Arayik Arutyunyan və digərlərinin məhkəməsi TƏXİRƏ SALINDI
- Soyuq və şaxtalı hava şəraitində sürücülərin nəzərə almalı olduğu ƏSAS MƏQAMLAR