Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağır xəstəlikdən əziyyət çəkən Aminənin anası: "Övladımın yaşaması üçün dəstəyə ehtiyacımız var"
Altı yaşlı Aminənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ülviyyə İlyasova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir.
"Aminənin altı yaşı var, o, anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir. O, iki yaşında spinanın ləğvi əməliyyatı keçirib. İllərdir böyrəklərində ciddi problemlər var idi. Ötən il sizin izləyicilərin dəstəyi ilə onun kateteri dəyişdirilib. Daha sonra isə ayaqlarından əməliyyat olunub. Həkimlər Aminənin fizioterapiyaya ehtiyacı olduğunu, terapiyalardan sonra yeriyə biləcəyini deyirlər".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Ötən ay Aminənin tutorunu sifariş etmişəm, onu götürmək üçün ödəniş etməliyəm. Mənim Aminədən başqa bir qızım da var, yoldaşımla isə ayrılmışıq. Nə uşaqlarla maraqlanır, nə də dəstək olur bizə. Həm günlük xərclər, həm Aminənin müalicəsini təkbaşıma çatdıra bilmirəm. Aminənin müalicələri bir neçə gün dayansa onu itirə bilərik. Gün ərzində uşaqları qoymağa yerim olmadığı üçün məcbur uşaqlar yatandan sonra qorxa-qorxa gecələr kuryerlik edirəm. Əlimdən başqa heç nə gəlmir. Aminə yeriyə bilmir. Yaşıdları qaçır, oynayır, Aminə pəncərədən baxır. Bir ana üçün bu çox ağırdır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 956-25-69 (WhatsApp).
"Kapital Bank": 4169 7388 6273 8972.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yaş yarımlıq körpənin atası: "Fəhləlik edirəm, gücüm çatmır balama kömək olum"
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Atası atıb gedib, anası evlərdə təmizlik işləri görür: 10 yaşlı Məryəm təcili əməliyyat olunmalıdır
- 21 yaşlı gəncin həyatda qalması üçün dəstəyə ehtiyacı var