Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bir ailənin üç üzvü dəm qazından zəhərləndi - Son vəziyyətləri AÇIQLANDI
Daşkəsəndə dəm qazından zəhərlənən bir ailənin üç üzvünün son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 14 may, saat 00:30-da üç nəfər (biri qadın, ikisi kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"1986, 1990 və 2017-ci il təvəllüdlü şəxslərə dəm qazının toksik təsiri diaqnozu təyin edilib və onların hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Daşkəsəndə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Oxu.Az xəbər verir ki, 39 yaşlı Elvin Əliyev, onun həyat yoldaşı 35 yaşlı Aygün Əliyeva və 8 yaşlı övladları yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Aytac Qasımova