Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ağır yanıq xəsarətləri alan Aişənin dəstəyə ehtiyacı var
Üç yaşlı Aişənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Gülşən Qədirova məlumat verib.
O bildirib ki, övladı ehtiyatsızlıq səbəbindən ağır bədən xəsarətləri alıb.
"Aişənin üç yaşı var. Bir müddət əvvəl o qaçarkən qaynar samovarı üzərinə aşırıb. Hadisə səbəbindən onun qolları və qarın hissəsi ağır şəkildə yanıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir müddət orada müalicə aldıq. Hazırda evimizə çıxmışıq. Amma nə dərmanlarını, nə də mazlarını ala bilirik. Mazları istifadə etmədikcə onun yaraları açılır, şiddətli ağrı verir.
Hazırda Gülşənin müalicəsi üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 614-80-71.
Kapital Bank: 4169 7388 3068 7087.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ana köməyə çağırır: "Qızım dözülməz qıcolmalardan əziyyət çəkir"
- Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var
- 23 yaşlı gəncin dəstəyə ehtiyacı var
- Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Yeddi yaşlı Yunis yenidən əməliyyat olunmalıdır: "Nə yemək yeyir, nə su içir"
Rəylər