Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ağır yanıq xəsarətləri alan balaca Ömərin köməyinizə ehtiyacı var
Bir yaşlı Ömər ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Günel Osmanova məlumat verib.
O bildirib ki, övladı aprelin 2-si yanıb:
"Biz Sabirabadda yaşayırıq. Ömər aprelin ikisi evdə oynayarkən qaynamış süd olan qazanı üzərinə çəkdi. Hadisə olan günü rayon xəstəxanasına yollansaq da, vəziyyəti ağır olduğu üçün bizi Bakıya göndərdilər. Bakıda yerləşən xəstəxanalardan birində bir neçə həftə müalicə aldıq. Hazırda evə qayıtmışıq".
Günel Osmanova yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib.
"İlk dəfə Ömərin dərmanlarını sizin oxucuların dəstəyi sayəsində ala bilmişik. Hazırda onun müalicəsi üçün 400 manata ehtiyacımız var. İnanın bu məbləği qarşılamaq bizim üçün hazırda imkansızdır. Yardımsevər şəxslərdən dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 664-99-79.
Kapital Bank: 4169 7388 6436 5451.
"körpə" teqi üzrə xəbərlər
- Əfqanıstanda maraqlı hadisə: İki aylıq körpə qarnında doğulmamış əkizini gəzdirib
- Tovuzda körpəsini günlərlə ac qoyduğu deyilən qadın: "Zəng gəldi ki, uşaq xəstəxanadadır"
- Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi
- Uşaq yeməyi nə zaman ana südündən üstündür? - Pediatrdan açıqlama
- Rusiyada qəribə hadisə: Üzərində üst paltarı olmayan körpə sürünərək maşın yoluna çıxdı