Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İrandan Çinə etiraz: Səfir XİN-ə çağırıldı
Çinin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, səfirə İran tərəfinin etiraz məktubu təqdim olunub.
Etiraza İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi mübahisəsinin predmeti olan Fars körfəzindəki üç ada ilə bağlı Pekinin mövqeyi səbəb olub.
Belə ki, Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarına sahiblik məsələsi BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Pekinə səfərindən sonra verilən BƏƏ-Çin birgə bəyanatında qeyd edilib.
Bəyanatda vurğulanıb ki, ÇXR "Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları probleminin beynəlxalq hüquq normalarına uyğun olaraq ikitərəfli danışıqlar yolu, sülh yolu ilə həllinə nail olmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin səylərinə dəstəyini ifadə edib".
Mənbə: TASS
"Çin" teqi üzrə xəbərlər
- Çində şirkət işdən qovmaq təhdidi ilə subay əməkdaşlarından evlənmələrini tələb edib
- Tramp Çin hökuməti ilə "TikTok"u müzakirə edəcək
- "DeepSeek" istifadəçilərin şəxsi məlumatlarını Çinə ötürüb
- Çində 34 milyon dollar mənimsəmiş məmura ölüm cəzası verildi
- Cənubi Koreya "DeepSeek" süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU