Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Millimiz qələbə ilə başladı
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi, F qrupunda yer alan yığma Belçika seçməsi ilə qarşılaşıb.
Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Vüsal İsayev (2) və Samir Həmzəyev vurublar.
Azərbaycan millisi qrup mərhələsində növbəti oyunlarını iyunun 3-də İtaliyaya, bir gün sonra isə Fransaya qarşı keçirəcək.
Qeyd edək ki, bundan əvvəlki Avropa çempionatının qalibi məhz Azərbaycan millisi olub.
Anar Həsənov
"Minifutbol" teqi üzrə xəbərlər
- Millimizin üzvü Avropanın ən yaxşısı seçildi
- Çempionlar Liqasının qalibi olan azərbaycanlı futbolçular ölkəyə dönüblər
- Azərbaycan futbolçuları Çempionlar Liqasının qalibi oldular
- Minifutbol üzrə "Global Media Group Kubok"u yarışına yekun vurulub
- Azərbaycan millisi Avropa çempionatında 1/4 finala yüksəldi
Ən çox oxunanlar