Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ağır yanıq xəsarətləri alan Fəridin anası: "Bint almağa da imkanımız yoxdur"
Bir yaş səkkiz aylıq Fərid Əsgərovun sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Cəmilə Əsgərova məlumat verib.
O bildirib ki, övladı martın 10-da ehtiyatsızlıq səbəbindən yanıq xəsarətləri alıb:
"Biz Sabirabad rayonunda yaşayırıq. Fərid bir yaş səkkiz aylıqdır. O, martın 10-da iməkləyərək çaydanı üzərinə aşırıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə çatdırdıq. Orada bir müddət müalicə alsaq da, imkanımız olmadığı üçün çıxmalı olduq".
Gənc ana övladının müalicəsi üçün yardıma ehtiyacı olduğunu deyib:
"Fəridin hazırda mazlarını və dərmanlarını ala bilmirəm. İnanın, son bir neçə gündür, yaralarını açıb dəyişməyə bint belə yoxdur. Uşaq bütün günü ağlayır, yemək də yeyə bilmir ağrıdan. Hazırda onun mazları və dərmanlarını almaq üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 593-99-79.
Uni Bank: 5243 7544 4990 8159.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bədəni yanan biryaşlı Tunarın dəstəyə ehtiyacı var
- On yaşlı Məryəmin təcili müalicəyə ehtiyacı var
- Üç övladı da ağır xəstəlikdən əziyyət çəkən ana yardım istəyir
- Beş yaşlı Nuray yeriməsini tamamilə itirə bilər: Təcili əməliyyat tələb olunur
- Bir yaşlı Aylinin dəstəyə ehtiyacı var: "Nə gəzə, nə də öz tarazlığını qoruya bilir"
Rəylər