Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Velosiped və skuterlərlə bağlı Nazirlər Kabinetindən VACİB QƏRAR
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Nazirlər Kabinetinin yaydığı məlumata görə, bu qərar yerli istehsalçıdan daxil olan müraciətlər nəzərə alınmaqla, velosiped və skuterin ölkə ərazisində sənaye yığımının təşviq edilməsi və dəstəklənməsi üçün idxal olunan velosiped və skuter ehtiyat hissələrinin idxal gömrük rüsumlarının optimallaşdırılması məqsədilə hazırlanıb.
İndiyə qədər qüvvədə olan qaydaya görə, velosiped və skuter ehtiyat hissələrinin idxalı üzrə əsasən 5% və 15% rüsum dərəcəsində advalor gömrük rüsumu (bir ehtiyat hissəsi üzrə isə spesifik gömrük rüsumu) müəyyən olunub. Yeni qərara əsasən, 2028-ci ilin sonuna qədər həmin ehtiyat hissələrinin sənaye (yığım) müəssisəsində sənaye yığımı məqsədilə idxalı üzrə gömrük rüsumu ləğv edilib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Baş nazir dövlət rüsumu ilə bağlı qərarı təsdiqlədi
- Türkiyənin vitse-prezidenti Azərbaycan baş nazirinə məktub ünvanlayıb
- AMEA-nın Naxçıvan bölməsi Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb
- Baş nazirdən dövlət agentliyində maaşlarla bağlı QƏRAR
- "Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları" təsdiqlənib