Ağstafa rayonunun Poylu kənd ərazisində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, qəza nəticəsində 84 yaşlı sərnişin Nazan Omarova müxtəlif bədən xəsarətləri alıb.
N.Omraova Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.