Ağstafa rayonun Xəlfəli kəndində canavarlar kəndə hücum ediblər.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, yırtıcılar kənd sakini Camal Vəliyevə məxsus 30 baş xırdabuynuzlu heyvanı parçalayıb.
Qoyunlardan 15-i ölüb, 14-nə isə xəsarət yetirib.
Kənd sakinləri bildiriblər ki, canavarlar kəndə əvvəllər də hücum ediblər.
S.B.
www.oxu.az